Volkswagen Motorsport-un başçısı McLaren-ə keçir

McLaren komandasının mətbuat xidməti iki vacib təyinat barədə reliz yayıb - bu təyinatlar komandanın məxsus olduğu şirkətin gələcək inkişafında vacib addım adlandırılıb...

Conatan Nil McLaren Technology Group-un baş əməliyyat direktoru, Yost Kapito isə McLaren Racing-in baş icraçı direktoru təyin olunub. F-1.az xatırladır ki, 57 yaşlı Kapito Sauber komandasında işləyib, sonra Ford Motorsport-a, 2012-ci ildən isə Volkswagen Motorsport-a başçılıq edib.

McLaren komandasının idman direktoru Erik Bulye bundan sonra Nil və Kapito ilə sıx əməkdaşlıq etməlidir. Öz növbəsində, Nil və Kapito birbaşa McLaren Technology Group-un prezidenti və icraçı direktoru Ron Dennisə tabedirlər.

Ron Dennis: “McLaren Technology Group-un daim inkişaf strategiyasına uyğun olaraq, Conatan Nilin vəzifəsini yüksəldilib. Nil əvvəlki vəzifələrində daim yüksək peşəkarlıq nümayiş etdirib. Eyni zamanda komandada topladığı təcrübə sayəsində, həmçinin avtoidmandan kənarda qazandığı bilik sayəsində Conatan məhz yeni vəzifəyə uyğun adamdır.

Yosta isə mən ilk dəfə keçən yay müraciət etdim. Çox məqsədyönlü insandır, onun avtoidmanda kifayət qədər təcrübəsi var, BMW, Porsche, Ford, Sauber və Volkswagen-də yüksək vəzifələr tutub. Son iş yerində şirkətin zavod komandası 3 dəfə ardıcıl ralli üzrə dünya çempionatında birincilik qazanıb.

Mən Yostu McLaren-də salamlamağa şadam və əminəm ki, Conatan və Eriklə birlikdə McLaren-Honda konsepsiyasını təkmilləşdirəcəklər və bizim komanda yarış və çempionatlarda qələbələrə yaxınlaşacaq…”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*