Volff: W13 kolleksiyamızda xüsusi yer tutacaq

Builki nəticələrə baxsaq, W13 Mercedes-in hibrid turboeranın başlanğıcından bəri ən uğursuz maşınıdır.

F-1.az xəbər verir ki, komandanın başçısı Toto Volff hesab edir ki, W13 onlara çox şey öyrədib…

Toto Volff: “Düşünürəm ki, bu maşın bizim kolleksiyamızda həmişə xüsusi yer tutacaq, lakin hələlik onu bir az uzağa qoyacağıq. Ümid edirəm ki, o, növbəti bir neçə ildə daha yaxına gələcək, çünki biz onunla həqiqətən çox şey öyrəndik. Aerodinamikanın necə işlədiyini, məlumatların korrelyasiyasını başa düşmək baxımından irəliyə doğru böyük bir addım atdıq – bu, çox vacib təcrübə idi.

Bundan başqa, biz Braziliya Qran Prisinin gedişində dominantlıq edən bolid kimi W13-ü heç vaxt unutmayacağıq.

İndi problemlərin nədə olduğunu daha yaxşı başa düşürük. Biz bir-birinin ardınca problemi həll edirdik, sanki lay-lay qatları silirdik, yavaş-yavaş maşınımızın niyə işləmədiyini anladıq. İndi biz məsələnin nə olduğunu çox yaxşı başa düşürük.

Bunun bir neçə səbəbi var. Ümid edirəm ki, qışda biz onlarla mübarizə apara biləcəyik ki, gələn il sürücülər üçün stabil platforma təmin edək, sonra isə onu sistemli şəkildə inkişaf etdirək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*