Volff Şumaxerə Williams-da yer tapmağa çalışır

F1-Insider resursunun məlumatına görə təcrübəli mütəxəssis Williams rəhbərliyini Loqan Sarcenti Mik Şumaxerlə əvəz etməyə inandırmağa çalışır.

F-1.az xəbər verir ki, Mercedes komandasının başçısı Toto Volff Williams komandasının rəhbəri Ceyms Vavlsı alman pilot Mik Şumaxerə özünü sınamaq şansı verməyə inandırmağa çalışır. Bu barədə F1-Insider məlumat yayıb. Xatırladaq ki, hazırda Mik Mercedes-in ehtiyat sürücüsüdür.

Bildirilir ki, Williams rəhbərliyi hazırda amerikalı sürücü Loqan Sargentin çıxışından narazıdır. Vavls bir neçə il Mercedes-in baş strateqi vəzifəsində çalışıb və ona görə də Volffla yaxşı tanışdır.

Xatırladaq ki, Şumaxer keçən mövsüm başa çatdıqdan sonra Haas-ı tərk edib. Amerika komandasında onu həmyerlisi Niko Hülkenberq əvəzləyib. Ötən mövsüm Mik 12 xalla ümumi sürücülər sıralamasında 16-cı yeri tutub və bu, Günter Ştayner başda olmaqla, Haas rəhbərliyini qane etməyib.

Loqan Sarcent hazırda geridə qalan 5 yarışda xal hesabını aça bilməyən iki sürücüdən biridir və sürücülər çempionatında 19-cu yerdə qərarlaşıb…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*