Volff qırmızı bayraq qaydalarına aydınlıq gətirməyi təklif edir

Melburndakı son yarış 3 dəfə qırmızı bayraqlarla dayandırılıb və bir çoxları bu qədər dayanmaların zəruri olduğuna şübhə edir.

F-1.az xəbər verir ki, Mercedes komandasının rəhbəri hesab edir ki, reqlament şərtləri daha dəqiq müəyyənləşdirilməlidir ki, gələcəkdə qırmızı bayraqların görünməsi yarış iştirakçıları üçün sürpriz olmasın.

Toto Volff: “Formula1 belə uğurludur, çünki bu, hər kəsin qaydalara əməl etdiyi idman növüdür. Eyni zamanda, əyləncəlidir. Hər kəs müəyyən vəziyyətləri necə şərh edəcəyini başa düşürsə, deməli heç bir problem yoxdur. Trasda Virtual Təhlükəsizlik Maşını rejiminin hansı şəraitdə işə salındığını, real TM-nin hansı halda trasa çıxdığını və ya qırmızı bayraqların nə zaman göründüyünü bilməliyik.

Əsas odur ki, hamı qaydaları başa düşsün. Düşünürəm ki, qırmızı bayraqların lazım olduğu vəziyyətləri aydınlaşdırmalıyıq. Fikrimcə, restartlar əla ideyadır, lakin hansı formada restart alınacağı əvvəldən bilinməyəndə, çox gözlənilməz olur, baxmayaraq ki, ümumiyyətlə, mən yarışı daha maraqlı edən qərarları dəstəkləyirəm.

Yenə də reqlamentlər idmanın ayrılmaz hissəsidir, ona görə də hər kəsə VTM rejiminin hansı şəraitdə aktivləşdiriləcəyini, hansı şəraitdə real maşının trasa çıxacağını və hansı şəraitdə yarışı dayandırmağın lazım olduğunu müəyyən etməyi təklif edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*