Volff nəticədən razıdır

Mercedes komandasında sürücülərdən komandanın rəhbərinə qədər hər kəs Bakı Şəhər Halqasında maşının tempinin aşağı olduğunu etiraf edir.

F-1.az xatırladır ki, Mercedes sürücülərindən Corc Rassell sprint yarışını dördüncü, Lyuis Həmilton isə yeddinci yerdə başa vurub. Hər iki sürücü xal ehtiyatını artırmağa nail olub.

Toto Volff: “Bu həftə sonu maşınımızın hansı sürətə qadir olduğunu nəzərə alsaq, 4-cü yer kifayət qədər layiqli nəticədir. Corc yarışın son üçdə birlik hissəsini çox inamlı keçirdi. O, qarşısındakı trasın boş olmasından istifadə etdi, baxmayaraq ki, Lyuisin timsalında biz gördük ki, tıxacda qalsan, o zaman təkərlər daha tez köhnəlməyə başlayır. Hamilton 7-dən yuxarı qalxa bilmədi və indi sabahkı yarışda daha yaxşı çıxış etmək üçün bunu təhlil etməliyik.

Corc və Maks Ferstappenin maşınları arasında ilk dövrədəki təmas yarış hadisəsi olub. Sürücülərdən biri kənar trayektoriya üzrə dönməyə çalışdı və bu, həmişə çətin olur. Maksın maşını zədələndi, bu da onun yarışına təsir etdi və əsəbi olduğunu başa düşmək olar. Lakin Corc öz mövqeyini müdafiə etdi.

Bu həftə sonu yeni sprint formatının necə işlədiyini görmək istədik. Düşünürəm ki, biz bunu etdik. İndi isə bunun necə getdiyini təhlil edə və şounu daha da parlaq etmək üçün nələrinsə dəyişdirilməsinin lazım olub olmadığını görə bilərik”.

Qeyd edək ki, sabahkı əsas yarışa Lyuis beşinci, Corc isə 11-ci yerdən başlayacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*