Volff Mercedesi hansı halda tərk edəcək?

Mercedes komandasının rəhbəri etiraf edib ki, hazırda postunu tərk etmək barədə düşünmür.

F-1.az xəbər verir ki, təcrübəli mütəxəssisin sözlərinə görə, o da komandanın digər üzvləri kimi daim rəhbərlikdən dəstək alır.

Toto Volff: “Biz eniş-yoxuşlardan keçmişik və heç bir şübhəmiz yoxdur. Bu rəhbərlik bizi yenidən zirvəyə qaytarmaq üçün çox dəstək olur. Daha yaxşı dəstək istəyə bilməzdik.
Bu komandanın lideri olmaq mənə çox xoşdur. Düşünürəm ki, hələ də töhfə verə bilərəm. Amma bir gün bir nəticəyə gəlsəm və ya yaxınlarım desələr ki, mən artıq komandanın inkişafına töhfə verməmişəm, o zaman estafeti başqasına ötürmək barədə düşünəcəm. Onda mən özüm də kənardan, televiziya ekranından komandanı tənqid etməyə başlayar, baş verənlərin mahiyyətini hamıdan yaxşı bilərdim. Amma o vaxta qədər işimdən həzz almağa davam edəcəm”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*