Volff: Lyuis həqiqətən vacib bir fiqura çevrilib

Toto Volff Lyuis Həmiltonu tərifləməkdə heç vaxt xəsislik etmir və hesab edir ki, yeddiqat dünya çempionu ötən mövsümdə Mercedes komandası Red Bull və Ferrari ilə müqayisədə zəif olduğu zaman çətinliklərin öhdəsindən layiqincə gəlib.

F-1.az xəbər verir ki, 2022-ci il Həmiltonun karyerasının başlanğıcından bəri ilk dəfə poul və qələbə qazana bilməyib və mövsümü isə fərdi sıralamada 6-cı yerdə başa vurub. Buna baxmayaraq, Volff hesab edir ki, onun Mercedes komandasına təsirini Mixael Şumaxerin Ferrari-də işləməsi ilə müqayisə etmək olar.

Toto Volff: “Lyuis çox çətin bir il keçirdi, çünki biz ona qələbə uğrunda mübarizə aparmağa imkan verən maşın hazırlaya bilmədik. Bundan əlavə, W13-ün trasda davranışı gözlənilməz, qeyri-sabit idi – bəzi hallarda yaxşı işləyirdi, bəzi hallarda daha pis işləyirdi. Onu modernləşdirmə prosesində istənilən səviyyəyə çatdırmaq mümkün olan maşın adlandırmaq olmazdı.

Lakin Lyuisin mövsüm ərzində hər şeyi idarə etməsi təqdirəlayiqdir. Elə dövrlər olub ki, komanda ümidsizliyə düşüb, nəticə olmayıb, sonra insanları həvəsləndirib, işə kökləyirdi. O, həm insan, həm də idarəçi kimi ona xas olan, əvvəllər peşəkar idmançılarda heç müşahidə etmədiyim keyfiyyətlər nümayiş etdirdi.

Deyərdim ki, onu artıq komanda liderlərindən hesab etmək olar. Əlbəttə ki, o, maşının incə sazlanması prosesində iştirak edir, Breklidəki bazada olur, amma düşünürəm ki, yarış həftəsonlarında o, həqiqətən də vacib bir fiqur olur.

Ola bilsin ki, o, bir qədər (Ferrari üçün) sadəcə sürücü olmayan Mixael Şumaxeri xatırladır. Psixoloji cəhətdən belə bir insan komandanın bir hissəsinə çevrilir və bu, Lyuisə də açıq şəkildə aiddir. O, sadəcə olaraq müqavilə öhdəliklərini yerinə yetirənlərdən deyil – belə sürücülər komandaya gəlirlər, maaş alırlar, daha yaxşı təklif gəlsə, gedirlər. Həmilton on ildir komandadadır və həqiqətən də bizdən birinə çevrilib”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*