F-1.az xəbər verir ki, Mercedes-in rəhbəri Lyuis Həmiltonun karyerasını Ferrari-də davam etdirə və ya avtoidmandan tamamilə ayrıla biləcəyi ilə bağlı şayiələrə münasibət bildirib. Həmiltonun indi 38 yaşı var. Onun Mercedes-lə hazırkı müqaviləsi bu ilin sonuna kimidir. Hazırda tərəflər müqavilənin mümkün uzadılması ilə bağlı danışıqlar aparır.
Toto Volff: “Həmiltonun Ferrari-yə keçəcəyi və ya karyerasını bitirəcəyi ilə bağlı şayiələr var? Bu söz-söhbətlər iki ildən bir, onunla yeni müqaviləni müzakirə etməyə başladığımız anda ortaya çıxır. Bütün bunlar doğru deyil. Danışıqlarımız tamamilə normal şəkildə, heç bir vaxt məhdudiyyəti olmadan gedir”.
Qeyd edək ki, Lyuislə Ferrari komandasının, xüsusilə də Pyero Ferrarinin maraqlanması, ona illik 50 milyon dollarlıq təklif edilə biləcəyi barədə söhbətlər yayılıb. Həmilton səkkizinci titulunu qazanaraq rekord əldə etmək istəyir, lakin son iki ildə Mercedes buna imkan verən maşın hazırlaya bilməyib…