Volff: Əllison şirkətdə vacib fiqur olaraq qalır

Ceyms Əllison ötən həftə Mercedes-in ənənəvi icmalında Avstraliya Qran Prisinin nəticələrini şərh edib, bundan sonra onun 2017-ci ildən texniki direktor vəzifəsində çalışdığı, 2021-ci ildə isə baş texniki direktor vəzifəsinə keçdiyi komandaya qayıtması ilə bağlı söz-söhbət yayılmağa başlayıb.

F-1.az xəbər verir ki, Ceyms bu illər ərzində, eyni zamanda avtoidmanla əlaqəli olmayan İneos Britannia layihəsinin mühəndis idarəçiliyini də həyata keçirib.

Toto Volff 2023-cü ildə Əllisonun vəzifələrinin nə olacağına aydınlıq gətirərək vurğulayıb ki, indi bu, çox təcrübəli və dəyərli mütəxəssis əsasən yaxta layihəsində iştirak edir, həm də strateji planlaşdırma ilə məşğuldur.

“Ceyms komanda işlərində iştirak etmir, lakin onun uzunmüddətli strategiyasının müzakirəsi prosesində fəal rol oynayır, – Mercedes komandasının başçısı əlavə edib. – Lakin o, indi vaxtını digər işlərə, o cümlədən Amerika Kubokunda iştirak edən Ineos Britannia yaxtaçılıq komandası ilə işləməyə, eləcə də yenilikçi yanaşma tələb edən digər proqramlara həsr edir”.

Volff onu da açıqlayıb ki, Əllisona mövsümə gözləniləndən daha pis başlayan komandanın vəziyyətini düzəltmək üçün tam tapşırıq verməyi müdrik hesab etmir, çünki bunu yalnız bütün komanda edə bilər.

“Ceyms təşkilatımızda çox vacib bir fiqur olmaqda davam edir. Amma indi üzləşdiyimiz çətinliklərdən danışırıqsa, mən hesab etmirəm ki, onların aradan qaldırılmasında bir nəfər məsuliyyət daşımalıdır. Biz lazımi keyfiyyətlərə malik daha çox mütəxəssisi cəlb etməli və onların rollarını düzgün bölüşdürməliyik”, – deyə Volff əlavə edib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*