F-1.az xəbər verir ki, buna baxmayaraq niderlandlı sürücü 2023-cü ildə AlphaTauri ilə Formula 1-də ilk tam mövsümünü keçirəcək.
Mercedes-in başçısı Toto Volffdan de Frizin komandaya qayıda biləcəyini soruşduqda, Toto belə cavab verib: “Bu barədə düşündüm, amma ümid edirəm ki, o, AlphaTauri-də qalacaq və uğur qazanacaq.
Ümid edirəm ki, Nik bir gün Red Bull-a keçəcək qədər yaxşı çıxış edəcək, çünki o, buna layiqdir. Bu baş verərsə, Niklə mübarizə aparmağa hazır olacağıq”.