Qarşıdakı mövsüm başa çatdıqdan sonra McLaren komandası titul sponsorunu itirəcək – Vodafone şirkəti 2007-ci ildə imzalanmış müqaviləsini uzatmamaq qərarına gəlib.
Vodafone-un nümayəndəsi bildirib: “Vodafone və McLaren 2007-ci ildə qarşılarına şöhrətpərəst məqsədlər qoymuşdular və son 6 il ərzində biz çox şeyə nail olduq və idman marketinqində yeni standartlar müəyyən etdik. Biz 2013-cü ildə də məhsuldar əməkdaşlığa ümid edirik. Bundan sonra şirkət Formula1-dən kənar layihələr üzərində işləyəcək…”
McLaren komandasının yeni titul sponsorunun adı mövsüm başa çatdıqdan sonra, dekabrın 2-də elan olunacaq. Şayiələrə görə, yeni titul sponsor TelMex telekommunikasiya şirkəti olacaq – şirkətin sahibi Karlos Slim komandanın yeni sürücüsü Serxio Peresin karyerasını dəstəkləyir…