Vodafone McLaren Mercedes – MP4-27 (video)

Fevralın ilk günü McLaren komandası yeni maşınını təqdim edib. Bu il təqdimetmə mərasimi Uokinqdə Texnoloji mərkəzdə baş tutub – Censon […]

Fevralın ilk günü McLaren komandası yeni maşınını təqdim edib. Bu il təqdimetmə mərasimi Uokinqdə Texnoloji mərkəzdə baş tutub – Censon Batton, Lyuis Həmilton, Qəri Paffet və Oliver Törvi McLaren-in rəhbərliyi ilə birlikdə yeni MP4-27-ni yalnız jurnalistlərə deyil, bütün dünyadakı azarkeşlərinə də göstəriblər – komanda onlayn yayım həyata keçirib.

Komandanın rəsmi saytı ziyarətçilərin çoxluğuna davam gətirməyib, amma komanda Facebook səhifəsində də yayımı canlandırmaqla problemi qismət həll edə bilib. Yeni MP4-27 ənənəvi rəng çalarlarına boyanıb, amma bir çox aerodinamik elementlər ilkin versiyasında göstərilib – yalnız Melburnda maşının son versiyasını görə biləcəyik.

Martin Uitmarş, komandanın başçısı: “Heç kimə sirr deyil ki, biz hər iki çempionatda qalib gəlmək istəyirik. Məqsədimiz heç vaxt dəyişmir, hərçənd heç də həmişə uğur qazana bilmirik. Biz məğlub olmağı xoşlamırıq, komanda son iki ildə baş vermiş ayrı-ayrı pozitiv anlarla fəxr edir, amma biz əvvəlki kimi titul qazanmaq barədə düşünürük.

Keçən il biz mövsümöncəsi testləri çox uğursuz keçirdik. Ona görə də builki maşının üzərində çox ciddi işləmişik, ümid edirəm ki, keçənilki vəziyyət təkrar olmayacaq. Yanaşma konservativ deyildi, həmişə yaradıcı adamlar var, onlar bir neçə saniyə üstünlük qazanmağa imkan verən elementlər hazırlayırlar. Təəssüf ki, Formula1-də belə hallar az baş verir.

Şassi üzərində işimiz hələ davam edir, ona görə də üzərindən açılacaq pərdədən sonra görəcəyiniz maşın Avstraliya Qran Prisində gördüyünüz maşından fərqlənəcək. Daim maşınla işləmək lazımdır ki, titul uğrunda mübarizə apara biləsiniz, amma ilk yarışdan maşın sürətli olsa, onda uğur şansımız yüksəlir.”

mc2
Maşının hazırlanması ilə McLaren-in texniki ştabı – Nil Otli, Tim Qoss və Paddi Lou məşğul olub. MP4-27 ənənəvi rənglərə boyanıb və keçənilki maşına oxşayır, amma təqdimetmə mərasimində bir neçə dəfə qeyd olundu ki, maşının bir çox elementləri yenidən hazırlanıb və tam dəyişdirilib. MP4-27 arxa hissəsinin konfiqurasiyasına, yeni yan pantonlarına, qazburaxma sisteminə və soyutma sisteminə görə sələfindən fərqlənir.

Bir çox ekspertlər burun elementində çıxıntı görməyə ümid edirdi – reqlamentdəki dəyişiklik üzündən digər komandalarda belə çıxıntıya üstünlük veriblər, amma McLaren mühəndisləri başqa variant tapıblar – elementin konfiqurasiyasını dəyişiblər. Güzgülərin də konfiqurasiyası dəyişib – Həmilton zarafat edib ki, yeni güzgülər trasda Felipe Massanı daha yaxşı görməyə imkan verəcək. MP4-27 məcburi krəş-testləri keçib və trasda yoxlamaya hazırdır.

Mərasimdə heç də bütün yeniliklər göstərilməyib – tam aerodinamik elementlər maşına yalnız sonuncu testlərdə quraşdırılacaq.

mc3
Paddi Lou, texniki direktor: “Hər il biz bir məqsədlə yeni maşın qururuq – qələbə qazanmağa imkan verəcək bur maşın qurmalıyıq. Keçən ilin əvvəlində bizim maşın ən sürətli deyildi, amma biz maksimal sürətə nail olmaq üçün əlimizdən gələni edirik.

MP4-27-nin hazırlanması zamanı biz asfalta yatma qüvvəsinin artırılmasına çalışmışıq – sorucu diffuzorlar ləğv olunub. Pirelli təkərləri ilə ikinci ilimiz olacaq, təkərlərin işini daha yaxşı başa düşməliyik. Təkərlərə nəzərən şassi və aerodinamika da optimallaşdırılıb.”

Tim Qoss, baş mühəndis: “İlk görünüşdən bunu görmək olamsa da, maşında bir çox elementlər tamamilə yenidən hazırlanıb, hərçənd, reqlamentdəki dəyişikliklər bu dəfə təkamül xarakteri daşıyır.

Ən nəzərəçarpacaq dəyişiklik – U-şəkilli yan pantonlardan imtina etməyimizdir. Biz daha adi profilə qayıtmağı qərara aldıq, çünki bu pantonlar yeni qazburaxma sisteminə uyğun gəlir, ona görə də maşının arxa hissəsinin də konfiqurasiyasını dəyişdik. Maşının arxa hissəsi daha kompakt alınıb.”

mc4
Censon Batton: “Bizim hamımız üçün həyəcanlı gündür! Hər şeydən əvvəl test sürücülərimiz – Qəri Paffet və Oliver Törviyə təşəkkür etmək istəyirəm. Keçən mövsüm başa çatdıqdan sonra onlar simulyatorda böyük iş görüblər.

Çox vacibdir ki, testlərdə yeni maşın dərhal sürətli olsun. Testlərin məqsədi MP4-27-nin sükanı arxasında rahatlaşmaqdır, bu halda ilk yarışa inamla başlamaq olar. Ona görə də bizi vacib dövr gözləyir, sözsüz ki, maşının trasa çıxmasından öncə hamı həyəcanlıdır, tezliklə sükan arxasına oturmaq istəyirəm.”

Lyuis Həmilton: “Yeni maşın McLaren-in son illərdə hazırladığı ən təkmil maşındır. Göründüyü ki, yan pantonların forması dəyişib. Məncə, maşın əla görünür! Komandanın bütün əməkdaşalrının gərgin işinin nəticəsini bu gün gördük. Mən səbirsizliklə işin başlanmasını gözləyirəm.”

Yaxın uik-enddə Oliver Törvi MP4-27-nin düz yolda ilk testini keçirəcək, fevralın 7-də isə Xeresdə tam testlərə qatılacaq – sükan arxasına birinci Censon Batton əyləşəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*