Vodafone McLaren Mercedes – MP4-26 (video)

Bu gün Berlinin mərkəzində McLaren komandası yeni MP4-26 maşınını təqdim edib – təqdimat çox orijinal alınıb. Təqdimatın on-layn versiyası çox […]

Bu gün Berlinin mərkəzində McLaren komandası yeni MP4-26 maşınını təqdim edib – təqdimat çox orijinal alınıb. Təqdimatın on-layn versiyası çox maraqlı videoçarxla başlayıb…

Bir neşə sadə şəhər əhli şounun keçirildiyi yerə metro ilə, öz maşını ilə, piyada yollanıblar və hər bir maşının müəyyən bir komponentini, detalını, elementini gətirir: hava kanalları, pantonlar, ön antiqanad, təkərlər və s.

mac-2
Sonra kamera Potsdam meydanını göstərir, bura çoxlu adam toplaşıb: mexaniklər qaldırıclar üzərində maşının sökülmüş şassisini meydana çıxarırlar. Sonra adi insanlar əllərində olan detalları mexaniklərə verirlər və toplaşanların gözləri önündə MP4-26 yığılır. Sonda isə meydanda Lyuis Həmilton və Censon Batton peyda olurlar. Onlar da öz paylarına düşən detalları maşına quraşdırırlar.

Toplaşanlar yeni maşının fərqli elementlərini dərhal görüblər: qeyri-adi U-şəkilli yan pantonlar, ikiqat yuxarı hava kanalı, çətin konstruksiyalı ön antiqanad.

mac-3
Martin Uitmarş, komandanın başçısı: “MP4-26 – gərgin əməyin, innovasiyalı düşüncənin və dinamik komanda işinin məhsuludur. Texniki direktor Pəddi Lou, baş mühəndis Tim Qoss və baş konstruktor Nil Outli bizim texniki departamentə başçılıq edirlər. Mən bizim mühəndislərin işi ilə fəxr edirəm.”

Tim Qoss, komandanın baş mühəndisi: “Hər şeydən əvvəl şassinin uzun bazası və U-şəkilli pantonlar diqqəti çəkir. Biz maşının arxa hissəsinə və altlığına təsir edən hava axınını optimallaşdırmağa çalışmışıq – bununla arxa ox ikiqat diffuzorda olduğu kimi effektiv işləməlidir.

Builki KERS yanacaq bakının üstündə yerləşdirilmiş vahid blokdur – iki il əvvəl KERS yan pantonlarda yerləşirdi. KERS-in soyutma sistemi yuxarı hava kanalının aşağısında yerləşir. Yuxarı hava kanalı ilə soyuq hava ötürmələr qutusu və hidravlikaya ötürüləcək.”

mac-4
Lyuis Həmilton: “Bizim təqdimata bu qədər adamın toplanmasını görmək xoşdur. Ümid edirəm ki, onlar bizim qeyri-adi təqdimatdan razı qaldılar.

Qarşıda mənim Formula1-də beşinci mövsümüm gəlir, mən artıq təcrübəli sürücüyəm, dünya çempionatında da qalib gəlmişəm, hesabımda poul və qələbələr var. Mövsümün son yarışına qədər titul uğrunda mübarizə aparmağa çalışacam.

Bu il biz Censonla başqa üç dünya çempionu ilə mübarizə aparmalıyıq. Mübarizə gərgin olacaq, kimin qalib gələcəyini indidən syləmək çətindir, amma mən sürücüyəm v ümid edirəm ki, bizi fantastik kəskin mübarizə gözləyir.”

mac-5
Censon Batton: “Mənim McLaren-də ikinci mövsümüm başlayır – amma mən elə keçən ildən özümü komandada rahat hiss edirəm.

Səbirsizliklə МР4-26-nın sükanı arxasına oturmaq istəyirəm: məncə, yeni Pirelli təkərləri bizim maşına uyğun gəlməlidir, elə mənim də sürmə stilim buna uyğundur, ümid edirəm ki, bu mənim qarşıdakı mövsümdə üstünlüyüm olacaq.

Bizim təqdimat mərasimimiz çox maraqlı keçdi, toplaşanların hamısının xoşuna gəldi və məhz bu gün yeni mövsüm bizim üçün başladı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*