V.Malyanın azadlığı məhdudlaşdırılıb

Biz artıq xəbər vermişdik ki, Force İndia komandasının sahibi Vicey Malya növbəti dəfə özünə məxsus olan Kingfisher Airlines və United […]

Biz artıq xəbər vermişdik ki, Force İndia komandasının sahibi Vicey Malya növbəti dəfə özünə məxsus olan Kingfisher Airlines və United Breweries şirkətlərinin kreditorları tərəfindən yeni maliyyə iddiaları ilə üzləşib. Hindistanda dərc olunan Economic Times qəzeti bu gün bildirib ki, şirkətlərin kreditorlara borcu 5 milyon Avronu keçib.

F-1.az qəzetə istinadən bildirir ki. bu səbəbdən Vicey Malyanın azadlığı məhdudlaşdırılıb, onun Hindistanı xüsusi icazə olmadan tərk etməsinə qadağa qoyulub. Ölkəni 48 saat müddətinə istənilən tərk etmə mütləq hökumət qurumları ilə razılaşdırılmalıdır.

İki həftədən sonra Meksikada yeni Force İndia maşınlarının təqdimatı olmalıdır, əlbəttə, belə bir mərasimdə Malyanın da iştirakı gözlənilir…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*