Hispania komandasının yeni F111 maşını testlərdə keç bir kilometr məsafə qət etməyib, amma Melburnda Vitantonio Liutsi jurnalistlərə xal qazanmaq şansından
Vitantonio Liutsi: “Şans həmişə var. Rəqiblərimizin etibarlılıq problemləri peyda ola bilər, yağış yağa bilər və ya keçən il olduğu kimi xaotik vəziyyət yarana bilər – bizim üçün belə bir vəziyyətdə hər şeydən vacib finişə çatmaqdır.
Keçən il hər şey çətin idi, amma komanda etibarlı maşın hazırlamışdı. Bu il isə biz Williams ötürmələr qutusu və hidravlik sistemini Cosworth motoru ilə istifadə edəcəyik və problem gözləmirik. Hərçənd, trasa çıxana qədər bu barədə danışmaq çətindir.
Qarşıdakı uik-end biz F111-də birinci dəfə motoru işə salacayıq və ilk kilo metrləri qət edəcəyik – cümə günü bizim cəmi üç saat vaxtımız olacaq ki, asılqanın hündürlüyünü müəyyən edək, amortizatorları, aerodinamikanın konfiqurasiyasını və mexaniki balansı sazlayaq. Bizim üçün çox vacib gün olacaq, biz ümid edirik ki, yağış yağmayacaq və biz iki maşınla maksimum məsafə qət edəcəyik ki, komanda üçün zəruri məlumat toplayaq.”