Keçən həftə Force İndia komandası reqlamentin icazə verdiyi Britaniyanın Cotswold aerodromunun düz yollarında aerodinamik testlər keçirib. Vitantonio Liutsi Monsa yarışı üçün hazırlanmış konfiqurasiyada VJM02-ni yoxlayıb, mühəndislər isə bir neçə perspektiv yenilikləri yoxlayıblar…
Mark Qrəy: “Belə testlər çox faydalıdır və yaxşı ki, bizim belə bir imkanımız var. Spa uik-endindən əvvəl keçirdiyimiz testlər inkişaf etməyimizə ciddi təkan verdi, bu dəfə komanda aerodinamikanı Monsa üçün uğrula test edib.”
Cotswold aerodromundakı 2 kilometrlik düz yoldan istifadəyə FİA rəsmən icazə verib, bir qədər əvvəl burda aerodinamikanı Brawn GP-nin mühəndisləri yoxlayıblar…