V.Liutsi А1 seriyasında çıxış edəcək

Force İndia komandasının ehtiyat və test pilotu Vitantonio Liutsi A1 seriyasında milli komandasının şərəfini qoruyacaq. Malayziyadan dərhal sonra italiyalı sürücü […]

Force İndia komandasının ehtiyat və test pilotu Vitantonio Liutsi A1 seriyasında milli komandasının şərəfini qoruyacaq. Malayziyadan dərhal sonra italiyalı sürücü Avropaya yollanıb və Modenada iki gün A1 trenajorunda çalışacaq, aprelin 10-da isə Vitantonio Portuqaliyanın Alqarve avtodromunda trasa çıxacaq…

Vitantonio Liutsi: “Mən səbirsizliklə A1 maşınının sükanı arxasında oturmağımı və yarışlara qayıtmağımı gözləyirəm. Mən şadam ki, Vicey Malya və Force İndia komandası məni bu mərhələyə buraxdılar və mən yenə də mübarizə atmosferini hiss edəcəm.”

Çox güman ki, bu mərhələdən sonra Liutsi A1 seriyasının Brənds-Hətç trasındakı yarışında da iştirak edə biləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*