Vittix F1 yarış direktoru olaraq qalacaq

Keçən il Nils Vittix və Eduardu Freytaş növbə ilə Formula1-də yarış direktoru vəzifəsini icra ediblər.

F-1.az xəbər verir ki, Freytaş Yaponiyada güclü yağış zamanı maşınlar hələ təhlükəsizlik maşınının arxasına yığılmamış evakuatoru trasa çıxarmaqla səhvə yol vermişdi. Bundan sonra Vittix dörd ardıcıl Qran Pri üçün yarış direktoru olmuşdu.

Nils Vittix qarşıdakı mövsümdə də bu vəzifədə qalacaq, lakin daha alternativ olmayacaq. FİA-nın vəzifənin gələcəyi ilə bağlı planları üzrə sualı cavablandıran prezident Muhəmməd bin Sulayem bildirib ki, federasiya gələcəkdə yarış direktorları və stüardlar kimi xidmət edə biləcək yeni mütəxəssislərin hazırlanmasına sərmayə qoymağa davam edəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*