Virgin komandası yeni maşının təqdimat tarixini elan edib…
Valensiyada mövsümöncəsi testlərin birinci seriyasında Timo Qlok və Jerom D’Ambrozio keçənilki maşınla işləyəcəklər, fevralın 7-də Londonda isə jurnalistlərə yeni maşın – MVR-02 göstəriləcək. İndeksdəki M hərfi komandanın yeni titul sponsoru Rusiyanın Marussia şirkətinin şərəfinədir.
MVR-02 trasa fevralın 10-da İspaniyanın Xeres trasında mövsümöncəsi testlərin ikinci seriyası çərçivəsində çıxacaq…