Virgin Racing – VR-01 (video)

Bu il komandalar təqdimat mərasimlərini cürbəcür keçirirlər. Kimsə, McLaren kimi, öz maşınını klassik stildə göstərir, kimsə, Mercedes kimi, yalnız rəng […]

Bu il komandalar təqdimat mərasimlərini cürbəcür keçirirlər. Kimsə, McLaren kimi, öz maşınını klassik stildə göstərir, kimsə, Mercedes kimi, yalnız rəng çalarlarını göstərir, kimsə, Williams kimi, yeni maşını birbaşa trasa buraxır. Virgin komandası isə özünəməxsusluğu ilə seçilib – komandanın təqdimatı virtual olub, mərasimi isə komandanın titul sponsoru, həmsahibi, Virgin Group şirkətlər qrupunun başçısı Riçard Brənson açıb…

vr3
Riçard Brənson: “Əla maşın alınıb! Nik və onun əməkdaşları misilsiz iş görüblər, bu işin nəticəsi qarşımızdadır. Bu layihədə iştirak etmək, maşının hazırlanma mərhələlərini izləmək – bu qeyri-adi hisslər idi.

İndi hər şey ondan asılıdır ki, bu maşın gələn həftə Xeres testlərində nə qədər sürətli olacaq, amma bu gün biz ilk və çox vacib addımı atmışıq. Mən bizim komandaya inanıram, yaxın gələcəkdə perspektivlərinə həyəcanlanıram…”

vr4
Con But, komandanın başçısı: “Mən həmişə əmin olmuşam ki, Nik Uirt əla maşın quracaq, eyni zamanda, Nik də inanırdı ki, bizim komanda bu maşına yaxşı qulluq edə biləcək.

Son on ayda birgə işimiz zamanı mən əmin oldum ki, VR-01 dizaynerlərin intensiv və zehni əməklərinin nəticəsidir və mən çox şadam ki, bizim yeni maşın tezliklə trasa çıxacaq.

Biz əvvəldən bilirdik ki, Valensiya testlərini buraxmalı olacayıq. Lakin biz yalnız ikinci xeres testlərində debüt etməyi planlaşdırmışdıq. Amma komandanın gərgin işi sayəsində biz İspaniyaya bir həftə tez yollanırıq.”

vr5
Nik Uirt, baş konstruktor: “Bu gün Virgin Racing-in bütün əməkdaşları fəxr edirlər – bütün diqqət maşına yönəlsə də, mən başçılıq etdiyim Witrh Research şirkətinin əməkdaşlarına minnətdarlıq etmək istəyirəm.

Formula1 komandasını bir araya toplamaq, mühəndis qrupunu formalaşdırmaq və ağ vərəqdən yeni maşın hazırlamaq – bizim əlimizdə olan vaxt kəsiyində çox çətin vəzifə idi. Amma biz bunun öhdəsindən gəldik. Biz CFD hidrodinamika hesablamasının tətbiqi sayəsində yeni maşın hazırlamışıq.”

[img_replace]vr6.jpg[/img_replace]
Virgin F1 layihəsi rəsmən keçən ilin dekabrında təqdim olunmuşdu, elə o zaman sürücülər də təsdiq olunmuşdu – Timo Qlok və Lukas di Qrassi. Amma yeni maşını indi nümayiş olundu, sabah və biri gün maşın Silverstounda ilk dövrələri vuracaq, sonra isə Xeres testlərinə yollanacaq.

Beləliklə, Virgin Racing dünya çempionatının dörd yeni komandasından real olaraq trasa maşın çıxaran ilk komanda oldu. Nik Uirt onun potensialına güvənir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*