Silverstounda Virgin Racing komandasının yeni maşını ənənəvi Britaniya havasının müşaiyəti ilə debüt edib – yağan yağış və soyuq güclü külək komandaya VR-01-i trasa çıxarmağa mane olmayıb.
Lukas di Qrassi: “Bu gün biz birinci dəfə trasa çıxdıq, yağışa və soyuq havaya baxmayaraq, hər şey qaydasında oldu.”
Sabah maşının ilk yoxlanışı davam edəcək, gələn həftə isə VR-01 Xeresdə rəsmi testlərdə debüt edəcək…