F-1.az xəbər verir ki, Dreyer & Reinbold Racing komandasının britaniyalı sürücüsünün maşınına oval dövrənin birinci döngəsinə qədər tam sürətlə hərəkət edən onun həmyerlisi, Rahal Letterman Lanigan Racing-də çıxış edən Ketrin Leqq arxadan zərblə çırpılıb. Xanım sürücü aşkar səhv edib, sürətini azaltmağa macal tapmayıb və kifayət qədər ciddi bir qəzaya səbəb olub.
Vilsonun maşını baryerlərə çırpılıb, fırlanıb və arxa tərəfi ilə də baryerlərə çırpılıb, sonda isə hələ havaya da uçub. Təbii ki, maşın tam dağılıb, xilasetmə qrupu sürücüyə kokpitdən çıxmağa kömək edib, Stefanın huşu üstündə olub. Bundan sonra sürücü İndianapolis Universitetinin xəstəxanasına çatdırılıb.
İlkin müayinənin nəticələri bəlli olanda komanda qısa açıqlama yayıb: “Zədənin xarakterini nəzərə alaraq, Vilson bazar günü yarışa buraxılmayacaq”.
Stefan hələ də xəstəxanadadır, burada əlavə müayinələr aparılacaq. O, 2015-ci ilin avqustunda Pokono avtodromundakı yarışda baş verən qəzada ölümcül yaralanan keçmiş Formula1, ChampCar və İndyCar sürücüsü Castin Vilsonun kiçik qardaşıdır.
33 yaşlı Stefan Vilson, keçən bazar günü sıralanma turunda iştirak edi, 25-ci nəticə göstərib və karyerasında beşinci dəfə İndy500-də yarışacaqdı.