Vilnöv Ferstappeni hamıdan fərqləndirən cəhəti açıqlayıb

Sabiq Formula1 sürücüsü, 1997-ci ilin dünya çempionu son iki ildə titulun sahibi barədə danışıb.

F-1.az xəbər verir ki, Jakın fikrincə, Maksı rəqiblərindən yalnız qələbəni düşünməsi və sabitliyi ayırır.

Jak Vilnöv: “Maks əsl maşındır, onun formasında heç vaxt eniş yoxdur. Mövsüm boyu göstərdiyi performans o deməkdir ki, istənilən yarışda üçüncü olmaqdansa qalib gəlməyə üstünlük verir. Düşünmürəm ki, biz əvvəllər belə bir şey görməmişik. Hər sürücünün yorulduğu anları olur. Amma bilmirəm ki, Ferstappenin enerjisini haradan alır.

Hətta Həmilton zirvədə olanda üç-dörd yarış var idi ki, onlarda səhvlər etmişdi, sonra yenidən ayılnışdı və irəliləmişdi. Ferstappen karyerasının əvvəlində səhvlər etdi, amma indi o, özünü mümkün sərhədlərdən də kənara çıxarır və bu, təsir edicidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*