Vicey Malya: “Məni oğlum əvəzləyəcək”

Biz xəbər vermişdik ki, Force İndia komandasının qurucusu Vicey Malya Force India Formula One Team Ltd. şirkətinin icraçı direktoru postunu tərk edib. Bununla bağlı əlavə məlumatlar daha sonra meydana çıxıb.

F-1.az bildirir ki, Vicey komandanın əsas səhmdarlarından biri olaraq qalacaq (səhmlərin 42.5%-nin sahibidir). Malya yalnız direktorlar şurasının tərkibindən çıxıb və onun yerini 31 yaşlı oğlu, kriket üzrə Hindistan premyer liqasında çıxış edən Royal Challengers Bangalore klubunun əvvəlki başçısı Siddhart Malya tutacaq.

Komandanın idarə heyətində başqa dəyişiklik olmayacaq: Robert Förnli komanda rəhbərinin müavini, Otmar Safnauer isə əməliyyat direktoru vəzifələrində qalacaqlar. Komandanın təsisçilərindən Subrata Roy da direktorlar şurasının sədri vəzifəsini qoruyacaq.

Vicey Malya: “Vəzifəmdən ayrıldım və məni oğlum Siddhart direktor qismində əvəzləyəcək. Lakin mən komandanın rəhbəri olaraq qalıram. Bu məsələnin Force İndia-nın satılacağı ilə bağlı olan çoxsaylı şayiələrlə heç bir əlaqəsi yoxdur. Sadəcə komandanı mənim məhkəmə prosseslərimin təsirindən qorumaq niyyətindəyəm”.

Vicey Malya ekstradisiya sorğusu ilə vətəni Hindistanın hakimiyyəti tərəfindən hədələnir, lakin onun gələcək taleyini Britaniya məhkəməsi həll etməlidir. Prosses keçən il başlayıb və hələ də davam edir. Növbəti iclas iyulun 5-də keçiriləcək.

Malya bir neçə məhkəmə prossesində komandanın rəhbəri postunu qoruyub saxlaya bilib, lakin o, Birləşmiş Krallıq ərazisini tərk edə bilməz. Həm də ciddi səhhət problemləri ilə qarşı-qarşıyadır və bu ay cərrahiyyə əməliyyatına məruz qalıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*