F-1.az xəbər verir ki, niderlandlı sürücü keçən mövsüm Trident-də yarışıb və çempionatı fərdi sıralamada 12-ci pillədə başa vurub.
O, Bəhreyndə şənbə sprintində qalib gələrək mövsümə qələbə ilə başlayıb və Əbu Dabidəki mövsüm finalı da daxil olmaqla cəmi dörd dəfə podiuma yüksəlib.
Riçard Fershor: “Çox şadam ki, 2023-cü ildə yenidən Formula2-də qalacağam və bunu VAR-la birlikdə edəcəyim çox gözəldir. Bunu 22-ci ad günümdə elan etməyim xüsusilə xoşdur. Keçən mövsüm çox şey öyrəndim, ona görə də növbəti çempionatdan inamlı gözləntilərim var.
Əbu Dabidə mövsüm başa çatdıqdan sonra VAR-la testlərdə işləmişdim və dərhal hiss etdim ki, komanda gələcək irəliləyişlərə köklənib və bu, mənə çox uyğun gəlir.
Qarşıda maraqlı bir il var, amma mən ən çox Melburndakı yarışı səbirsizliklə gözləyirəm və ümumiyyətlə, Zandfortdan danışmıram – Niderlandda niderlandlı sürücünün yerli komanda ilə çıxışı maraqla gözlənilir. Mövsüm maraqlı olacaq və mən buna hazıram”.
Ötən mövsüm Van Amersfoort Racing komandası F2-də debütü edib, sürücülər Amori Kordil və David Bekmən mövsümün 2-ci yarısından yaxşı çıxış edərək son səkkiz mərhələnin yeddisində xal qazanıblar, lakin onlar komanda sıralamasında 10-cu yeri tutublar.
2023-cü ildə Riçard Fershorun komanda yoldaşı olacaq pilotun adının tezliklə açıqlanacağı gözlənilir.