Verlyaynı Ferrari qovdurub?

Sauber komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Verlyaynı göndərmə səbəbi Ferrari ilə müqavilə bağlamaları olub.

F-1.az xatırladır ki, Mercedes sürücü proqramının yetirməsi Verlyayn “gümüşü oxlar”ın dəstəyi ilə Sauber-ə keçmiş və komandasına 5 xal qazandırmışdı. Lakin isveçrəlilər 23 yaşlı sürücünü komandada saxlamayıblar.

Frederik Vassyör: “Paskal hazırda Mercedes-in sürücüsüdür. Ferrari ilə müqaviləyə əsasən, onu komandada saxlamaq doğru olmazdı. Antonio Covinatsi də alternativlər arasında idi, amma cəmi iki bolidimiz var və bir seçim etməli idik. Bizim də seçimimizi Lekler oldu”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*