Verlyayn xal qazandığı üçün xoşbəxtdir

Paskal Verlyayn startdan əvvəl maşını səhv yerdə saxlayıbmış - pit-leyndən start almalı olan Massanın yerini tutubmuş. Amma almaniyalı sürücü daha sonra geriyə gedərək, öz yerinə qayıtmış və cəza almaq riski ilə üz-üzə qalmışdı. Bütün bunlara baxmayaraq, Verlyayn həm özünə, həm də komandasına mövsümün ilk xalını qazandıra bilib...

F-1.az xatırladır ki, Paskal Verlyayn 6 il əvvəl idmana Virgin adı ilə girən komandaya tarixində ikinci dəfə xal qazandırıb. Amma almaniyalı sürücü yarışdan sonra etiraf edib ki, artıq startda hər şeyi məhv etdiyini düşünüb.

Xatırladaq ki, pit yolundan başqa trasın başqa yerlərində geriyə getmək qaydalara ziddir. Lyuis Həmilton buna görə Bəhreyndə cəza almışdı.

Paskal Verlyayn: “İkinci pit-stop vaxtı bəxtimiz bir az gətirmədi. Çünki digərlərinə nisbətən pitə tez gəldik. Daha sonra trasa təhlükəsizlik avtomobili gəldi. Bu da o demək idi ki, axrınıcı yerə düşdüm. Bu nöqtədən sonra xal qazanmaq mükəmməl hissdir”.

Verlyayn bu uğurun sirri kimi bir dəst təkərlə yarışın yarısını getməsini göstərib. Manor bu yarışda xal alaraq, turnir cədvəlində hələ də xal üzünə həsrət qalan Sauber-i qabaqlayıb..

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*