Vebber: Yarışa hazırlaşmaq üçün trasa çıxmaq vacibdir

Noyabrın sonunda Oskar Piastri McLaren-in tərkibində Əbu Dabidə gənc sürücülərin testlərində bir gün işləyib.

F-1.az xəbər verir ki, avstraliyalı sürücü Mark Vebber hesab edir ki, bu testlər komandanı tanımaq və bu mövsüm F1-də debüt etməyə hazırlaşmaq üçün çox vacib olub.

Mark Vebber: “Bu testlər həlledici idi. Oskar kimi motivasiyalı biri üçün komanda mühiti ilə tanış olmaq vacib idi. McLaren də onun metodik yanaşmasını gördü, bu əladır. Əlbəttə ki, bazada çox işləmək olar, amma yarışa hazırlaşmaq üçün trasa çıxmaq vacibdir.

Oskar testləri bəyəndi – əslində, onun bu testlərdə iştirak etməsi əla alındı. İndi Oskar və komanda Bəhreynə qış hazırlığı zamanı çox şey üzərində rahat düşünə biləcəklər.

Mən köhnə kişilərdənəm, bəlkə də artıq faydalıq azıntıyam, amma mənim zamanımda sürücülərin müxtəlif testlərdə işləmək imkanı var idi, indiki gənclər bu cür fürsətdən məhrumdurlar.

2022-ci ilin iyun ayına qədər Oskar yalnız səkkiz gün testlərdə işləmişdi və bundan sonra dördaylıq fasilə alındı. Formula1 məşq baxımından heç də tennis və ya qolf kimi deyil – ona görə də gənc sürücülərə çox çətindir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*