F-1.az xəbər verir ki, bundan sonra onun məsələsini Müqavilələrin Tanınması Şurası araşdırdı və avstraliyalı sürücünün bu mövsüm F1-də debüt edəcəyi McLaren-ə keçidini təsdiqlədi.
Piastrinin meneceri, keçmiş Formula1 sürücüsü Mark Vebber hesab edir ki, bu vəziyyətdə onun himayədarlıq etdiyi Piastro hər iki tərəfə mümkün qədər sadiq qalıb…
Mark Vebber: “Mübahisəli bir vəziyyətdə Oskar sakit qaldı, maksimum sədaqət nümayiş etdirdi və sadəcə cavabları gözlədi. Hamı, səkkiz yaşından bəri Avstraliyada ona dəstək olanların hamısı daha çox səbirsizlik göstərdilər, həlli mümkün qədər tez bilmək istəyirdilər, yalnız Piastri sakit qaldı.
McLaren dedi ki, dəyişiklik istəyirlər. Piastrinin əlçatan olduğunu anlayanda, bir vaxtlar Lando Norrislə, müəyyən dərəcədə Karlos Saynzla, Ron Dennisin rəhbərliyi altında Lyuis Həmiltonla olduğu kimi riskə getməyə qərar verdilər. İndi onlar Oskara F1-də debüt etmək şansı verdilər.
O, artıq 2022-ci ildə Formula1-in əsas sürücüsü olmalı idi, lakin Alpine ona yalnız testləri təklif edə bildi, bununla da hər şey həll olundu. Testlər heç də bir sürücünün xəyal etdiyi, bütün həyatı boyu hazırlaşdığı şey deyil”.