A.Vatanen: “FİA-ya müstəqil prezident lazımdır”

FİA prezidenti Maks Mosli dünən növbəti seçkilərdən imtinasını təsdiqləyib və öz varisi kimi Ferrari komandasının keçmiş başçısı Jan Todtu dəstəkləyib. […]

FİA prezidenti Maks Mosli dünən növbəti seçkilərdən imtinasını təsdiqləyib və öz varisi kimi Ferrari komandasının keçmiş başçısı Jan Todtu dəstəkləyib. Jan yazda rəsmən eyniadlı şirkət və komandanı tərk etsə də, hələlik seçkilərdə iştirakını bildirməyib, amma 57 yaşlı finlandiyalı, ralli üzrə keçmiş dünya çempionu və Avroparlamentin məşhur siyasətçisi Ari Vatanen artıq öz namizədliyini irəli sürüb. Associated Press agentliyinə müsahibəsində Vatanen Moslinin bəyanatını şərh edib…

Ari Vatanen: “Mosli və Todt yaxın dostdurlar, Jan Ferrari-də, Maks isə FİA-da olarkən onlar sıx əməkdaşlıq edirdilər və bu maneə ola bilər – federasiyaya yeni və müstəqil lider lazımdır ki, dəyişikliklər etməyi bacarsın. FİA Todtu dəstəkləyəcək, amma mən narahat olmuram, mən bilirəm ki, dəyişikliklər vaxtı yetişib.

Mən Janı devirmək istəmirəm və öz seçki kompaniyamda Todtun müxtəlif yarış seriyalarında istifadə etdiyi prinsipdən istifadə edəcəm: “Qalib gəlmək istəyirsiniz – finlandiyalını üstələyin!”

Mən hesab edirəm ki, Mosli düzgün qərar qəbul edib. Siz uzun müdət belə bir vəzifədə olanda həmişə tələyə düşmək şansı var – siz elə bilirsiniz ki, dünya sizin ətrafınızda fırlanır və sizi tənqid edən hər bir kəsi şəxsi təhlükə kimi qəbul edirsiniz.

Avroparlamentdə iş təcrübəmdən istifadə etməklə mən çalışacam ki, avtoistehsalçılarla federasiyanı bir-birinə yaxınlaşdırım. Heç bir ittiham, heş bir ləkə, FİA ictimaiyyətin etimadını, öz şərəfini və bütövlüyünü bərpa etməlidir.

Mənim hakimiyyətlə bağlı heç bir illüziyam yoxdur. Şəxsi həyatım barədə qalmaqallı yazılardan sonra vəzifəmi tərk edərdimmi? Əlbəttə. FİA prezidenti federasiyanın sahibi deyil, onun quludur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*