F-1.az xatırladır ki, komandanın hər iki sürücüsü bir müddət əvvəl maşının özünü sabit aparmamasından, hətta eyni tərkibdəki təkərlərlə eyni gün ərzində müxtəlif formada davranmasından şikayətlənmişdilər.
Frederik Vassyör: “Biz Kanadaya SF-23-ün yarış sürətində hələ də təkmilləşdirmə üçün yer olduğunu bilərək gedirik. Bununla belə, İspaniyadakı son raundda tətbiq etdiyimiz yeniliklər Barselonadakı yarışda bolidin davranışını daha stabil etməyə imkan verdi. Keçən il Monrealda hər iki sürücümüz çox yaxşı çıxış etdilər.
Karlos Sayns finiş xəttinə qədər bütün məsafədə qalibə təzyiq göstərərək ikinci oldu. Şarl Lekler sonuncu cərgədən başladıqdan sonra pelotonun çox hissəsini keçərək beşinci yeri tutdu. Ferrari-yə həmişə Kanadada böyük dəstək olub və ümid edirik ki, bu həftə sonu güclü performansı ilə tifosini sevindirəcəyik”.
Qeyd edək ki, Ferrari hazırda Mühəndislər Kubokunda Red Bull, Mercedes və Aston Martin-dən sonra dördüncü yerdədir.