F-1.az xatırladır ki, hələ mövsümün əvvəlində Lyuis Həmiltonun Skuderiyaya keçidi rəsmən elan olunduğu üçün ispaniyalı sürücü mövsümün sonunda komandanı tərk edəcəyini açıqlamışdı…
Frederik Vassyör: “Mövsümün ilk hissəsini qiymətləndirərkən, Karlosun Ciddəni buraxdığını nəzərə alsaq, o çox yaxşı çıxış edib.
Sayns peşəkar və çox sabitdir, buna görə də mən onun işinə diqqət yetirə bilməsi üçün bəyanatı mümkün qədər tez vermək istədim. Aydın idi ki, müəyyən bir məqamda o, başqa bir komanda ilə müqavilə imzalamalı olacaq və bu diqqəti yayındıra bilər, lakin Karlos meqa peşəkardır, bu mövsümün ilk günündən belə olub, keçən il olduğu kimi.
Yay fasiləsindən əvvəlki son bir neçə həftədə jurnalistlərdə əvvəlkindən daha çox sual yarandı ki, bu da işə mane olurdu, lakin Belçika Qran Prisinin sıralanma turunu xatırlasaq, birinci və ikinci sessiyalarda o əla çıxış etdi və yalnız finalın son dövrəsində səhv etdi. Onun cəmi beş metr gec tormozlamasından nəticə çıxarmaq lazım deyil, bu nəyinsə nəticəsi deyil – o, ilk iki sessiyada Şarlı qabaqlayırdı”.