F-1.az xatırladır ki, Maks Ferstappen DRS zonasında onun yanından uçarkən radioda Lyuis Həmilton – “Mən Formula1-də heç vaxt belə sürətli maşın görməmişdim”, – demişdi…
Frederik Vassyör: “Biz başa düşməliyik ki, onlar belə effektə necə nail olublar. Mövsümlərarası fasilədə fərqin bir hissəsini kompensasiya etdik – keçən il bu, daha aydın görünürdü, lakin bu sahədə işi davam etdirmək lazımdır.
Bizim növbəti addımı atmaq imkanımız var, amma onlar açıq-aydın bizdən fərqli bir iş görürlər və bunu daha yaxşı edirlər. Amma biz işləməyə davam edirik”.