F-1.az xəbər verir ki, Saynz elə startdan Esteban Okonu sıx təqib edib, lakin 11-ci dövrədə Alpine-ə hücum etmək istəyərkən o, Ferrari-nin ön qanadını zədələyib. 33-cü dövrədə Esteban təzə təkərlər üçün pitə gedib, Karlos isə bir dövrə sonra pit-stop edib – komanda düşünüb ki, bu, onun trasa o vaxta qədər artıq pitdə olmuş Lyuis Həmiltonu qabaqlamağa imkan verəcək.
Lakin Sayns bu qərarından narazı qalıb və hesab edib ki, trasda önü açıq qalsaydı, pit-stopdan sonra Okonu qabaqlaya bilərdi. Lakin Vassyör onunla razılaşmayıb.
Frederik Vassyör: “Düşünürəm ki, bu, yaxşı taktika idi, çünki biz onu pitə çağırdığımız zaman bu, Həmiltona qarşı müdafiə olunmaq, Lyuisə münasibətdə mövqeyini itirməmək üçün edilib. Düşünürəm ki, bu, düzgün qərar idi, çünki mövqeyi qorumaq kritik əhəmiyyət kəsb edirdi. Mövqeyimizi Həmiltona itirmək riski olmasaydı, ilk hissəni (Sainz üçün) uzatmaq daha yaxşı olardı, amma düşünürəm ki, bu vəziyyətdə rasional qərar verdik”.
Yağış yağmağa başlayanda Ferrari şansdan istifadə edib hər iki sürücünü trasda sürüşkən yolda saxlamaq qərarına gəlib – sonda Lekler və Sayns yağış təkərlərə keçən sonuncular arasında olublar. Amma Vassyör bu qərarı da səhv hesab etməyə hazır deyil: “Yağış yağmağa başlayanda fürsətdən istifadə etmək qərarına gəldik: o an biz 5-ci və 7-ci mövqelərdə idik, lakin 3-cülük uğrunda mübarizə aparmağa çalışırdıq.
Bununla belə, şəraitin necə dəyişəcəyini proqnozlaşdırmaq çətin idi: məlum oldu ki, yağış proqnozlaşdırıldığından da çox yağıb, ona görə də etdiyi səhvə görə Karlosu günahlandırmaq lazım deyil. Bununla belə, yaşıl təkərlərdə sürətimizin niyə kifayət qədər yüksək olmadığını təhlil etməliyik, araşdırmalıyıq.
Bütövlükdə həftəsonu haqqında danışsaq, o zaman sıralanma turunda yaxşı temp nümayiş etdirdik və indi əsas vəzifəmiz bir həftədən sonra bunu Barselonada təkrarlamaqdır. Peleton çox sıxdır, buna görə də çox aydın hərəkət etməlisiniz, çünki ən kiçik bir səhv çox bahalı ola bilər.
Şassi performansı baxımından irəliyə doğru addım atmağa və komandanın İspaniyada nəyə nail ola biləcəyini görməyə imkan verən bəzi yeni elementlər təqdim edəcəyik. Barselonaya nikbin yollanırıq!”