Vassyör gəlsə Ferrari-də nə ola bilər?

İtaliya mətbuatının verdiyi xəbərə görə Frederik Vassyör Ferrari-yə gələcəyi halda Şarl Lekler bir nömrəli sürücü olacaq.

F-1.az xatırladır ki, Mattia Binottonun tezliklə Ferrari-dən getməsi gözlənilir. Hətta bəzi mənbələr artıq ayrıldığını və rəsmi açıqlamanın tezliklə gələcəyini deyirlər. Lakin onun yerinə kim gələcək bilinmir. Hazırda ən çox adı hallanan namizəd Alfa Romeo-nun rəhbəri Frederik Vassyördür.

Əgər Vassyör rəhbərliyə gəlsə, Lekler komandanın aşkar şəkildə birinci sürücüsü olacaq. bu da Sayns üçün pis xəbərdir.

Qeyd edək ki, fransalı rəhbər Leklerlə çoxdan tanışdır. Onlar 2016-cı ildə GP3-də birlikdə işləmiş və çempion olmuşdular. Lekler 2018-ci ildə Alfa Romeo ilə Formula1-də debüt edəndə komandanın rəhbəri Vassyör idi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*