Vassyör Ferrari-nin ona başçı təklifi barədə danışıb

Ferrari-nin yeni başçısı Frederik Vassyör İtaliya komandası ilə ilk danışıqlarının nə vaxt və necə aparıldığı barədə danışıb.

F-1.az xatırladır ki, yanvarın ortalarında fransalı menecer 2022-ci ilin uğursuz mövsümündən sonra istefaya göndərilən Mattia Binottonun yerinə gətirilib.

Frederik Vassyör: “Hər şey tamamilə şəffaf idi, baxmayaraq ki, mətbuatda mənim Əbu Dabidə həftəsonundan əvvəl və ya elə həftəsonunun gedişində artıq bu vəzifəyə təyin olunmağımla bağlı çoxlu şayiələr yayılmışdı. Amma əslində o vaxt Ferrari ilə mən hələ heç nəyi müzakirə etməmişdik. İlk dəfə Əbu Dabidən bir həftə sonra danışdıq və bu, çox sürətli bir proses idi.

Sonra Mattiaya zəng etdim. Hətta görüşdük, təkbətək danışdıq. Mən Mattiaya təşəkkür etməliyəm, çünki Ferrari ilə danışıqlarımı yekunlaşdırana qədər komandada qalıb gözlədi…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*