Valtteri Bottas simulyatorda işləməyə başlayıb

Valtteri Bottasın Avstraliya və Yeni Zelandiyada keçirdiyi qış tətili başa çatıb: finlandiyalı sürücü Avropaya qayıdıb və dünən bu il ilk dəfə Alfa Romeo komandasının Hinvildəki bazasına gəlib.

F-1.az xəbər verir ki, orada mühəndislərlə söhbət edbi, yaradılması davam edən yeni maşınla tanış olub, eyni zamanda simulyatorda işləməyə başlayıb və bundan sonra sosial şəbəkələrdə bu şərhi yazıb: “Bu günlərdə komandanın bazasındayam. İlin bu vaxtında simulyatorda ən son yeniliklərlə tanış olmaq və yeni silahlarımız haqqında ilk təəssüratları əldə etmək həmişə maraqlıdır.

Alfa Romeo-nun bütün işçiləri qış boyu çox işləyirlər!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*