Valensiyanın şəhər trası viran qalıb…

Keçən ilin sonunda Barselona və Valensiya avtodromlarının sahibləri arasında İspaniya Qran Prisini keçirmək hüququ uğrunda mübahisə qızışmış, kompromis əldə olunmadığı […]

Keçən ilin sonunda Barselona və Valensiya avtodromlarının sahibləri arasında İspaniya Qran Prisini keçirmək hüququ uğrunda mübahisə qızışmış, kompromis əldə olunmadığı üçün bu hüquq Barselonada qalmışdı. Bundan sonra bir neçə ay ərzində Valensiyanın şəhər trası xarabalığa çevrilib.

İspaniyanın Marca avtodromun müasir vəziyyətini qəmli notlarla təsəvvür edib: yarışın elektron idarəetmə blokları oğurlanıb, küçə işıqları sındırılıb, kanalizasiya lyuklarının qapaqları yoxa çıxıb. Yerli sakinlərin sözlərinə görə, trasa heç kim nəzarət eləmir və qarətkarlar dəyərli hər bir şeyi daşıyıb aparıblar. Vəziyyət o dərəcədə acınacaqlıdır ki, trasa çıxaran tuneli su basıb, iki milyon Avroya başa gələn körpü indi evsizlərin evinə çevrilib.

Yerli sakinlər hökumətə müraciət ediblər ki, Formula1 trasa qayıdana kimi nəsə fikirləşsinlər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*