F-1.az xatırladır ki, almaniyalı əfsanə təxminən 4 il əvvəl xizək kurortunda yıxılaraq komaya düşmüş və ondan sonra haqqında məlumat verilməmişdi. Hazırda 7 qat Dünya Çempionunun vəziyyəti haqda dəqiq məlumat yoxdur.
Villi Veber: “Şumaxerin Dünyada çoxlu fanı var və səhhəti ilə bağlı heç kim heç nə bilmir. Məncə, bu doğru deyil. Ailəsindən biri niyə açıqlama vermir, bilmirəm. Məncə, hamı bu barədə bilməlidir.
Hazırda Formula1-də işlər qaydasında getmir. Əvvəlki pis günlərə qayıdıblar və bəzi şeylər dəyişilməsə, çoxlu izləyici itirə bilərlər”.