F-1.az xatırladır ki, Formula1-in ən tutillu sürücüsü 2010-cu ildə Mercedes-lə yenidən idmana qayıtmış və burada 3 mövsüm keçirə bilmişdi. Lakin 7 qat Dünya Çempionu üç mövsüm ərzində 1 poul və podium qazanaraq, karyerasını bitirmişdi.
Villi Veber: “Maşın Mixaelin tərzinə uyğun deyildi. Mixael maşını sürmək üçün xüsusi sazlanmalar istəyir və Mercedes bunu təmin etmədi. Yeni bolidlər fərqli yöndə təkmilləşirdi və bu hal ona təsir etdi. Mixael texnologiyaya Benetton və Ferrari-dəki kimi təsir edə bilmədi. Fərqli texnologiya və sürücülərin dövrü idi. Mixael həmişəki kimi formada olsa da, bacarmadı.
Mercedes-də uğur qazana bilmədi. Kaş mənə qulaq asardı. Hər şeyi sınadı və Mercedes-in güclənməsi üçün Rosberqlə çoxlu işlədi. Ancaq qayıtması mənasız idi”.