V.Veber: “Ailəsi Şumaxerin vəziyyəti barədə məlumat verməlidir”

Mixael Şumaxerin sabiq meneceri Villi Veber bildirib ki, ailəsi əfsanəvi sürücünün sağlamlığı barədə insanları məlumatlandırmalıdır.

F-1.az xatırladır ki, Şumaxer 2013-cü ilin dekabr ayında dağ kurortunda xizəklə məşğul olarkən yıxılmış və komaya düşmüşdü. O gündən sonra almaniyalı sürücü barədə məlumat yoxdur.

Amma Veber bildirib ki, ailəsi Şumaxerin fanlarına məlumat verməlidir: “Şumaxerin ailəsi düzgün addım atmır. Artıq fanlara həqiqəti demək vaxtıdır. Amma baltanı daşa vururam. Çünki mənim sözlərimə qulaq asmırlar”.

Veber bildirib ki, bir gün köhnə dostunun səsini eşitməyə ümid edir: “Evdə oturarkən telefon zəng edir və mən ümid edirəm ki, Şumaxer olacaq və mənə “Salam, Villi, necəsən?” deyəcək. Ümid ən sonda ölür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*