F-1.az xatırladır ki, VR46 akademiyasının yetirməsi olan Franko 2020-ci ildə 3 yarış qazanaraq mövsümü ikinci yerdə bağlasa da, 2021-ci ildə ayağını qırmış və ondan sonra geriləmişdi. İtaliyalı sürücü 2022-ci ildə 42 xal toplayaraq, 19-cu yeri tutmuşdu.
Rossinin köməkçisi Uççio Saluççi də gənc sürücünün halından narahatdır: “Düzünü desəm, Morbidellidə nəyin pis getdiyini anlamıram. Buna görə sizə cavab verə bilməyəcəm. Ancaq sizə onu deyə bilərəm ki, akademiya hazırda 60 faiz Morbidelliyə, 40 faiz isə digər sürücülərə fokuslanıb.
Onunla çox işləyirik. Çətin dövrlər yaşayır, amma problemin nə olduğunu sizə deyə bilməyəcəm. Problem 1 deyil. Çox şey üst-üstə düşür. Ümid edirəm ki, bu il yenidən rəqabətədavamlı olar”.