V.Rossi Le Mana keçir?

MotoGP-nin əfsanəvi sürücüsü Valentino Rossi gələcəkdə 24 saatlıq Le Man marafonunda yarışmaq istəyir.

F-1.az xatırladır ki, Rossi motosiklet yarışlarında 9 dəfə Dünya Çempionu titulunu qazanıb. İtaliyalı sürücü Yamaha komandası ilə olan müqaviləsini daha iki il uzadıb və ən azı 2018-ci ilin sonuna kimi MotoGP-də çıxış edəcək.

Qeyd edək ki, 37 yaşlı əfsanəvi sürücü 2000-ci illərdə Ferrari ilə çoxlu testlər etmiş və Formula1-ə keçidi gündəmə gəlmişdi. Rossinin növbəti aylarda Mercedes komandası ilə testlərdə iştirak etməsi gözlənilir.

Valentino Rossi: “Gələcəkdə Dakar Rallisini sınamaq istəyirəm. Amma bu çox çətin yarışdır və yaxşı hazırlaşmalıyam. Motosikletlə təhlükəlidir. Buna görə də avtomobillə yarışmağı seçərdim.

Mən özümü yarış trasında daha yaxşı hiss edirəm. 24 saatlıq Le Man marafonu mənim üçün cəlbedicidir. Bəlkə də MotoGP-dən sonra bunu sınayaram”.

Rossi bildirib ki, vaxtında Formula1-ə keçmədiyi üçün peşman deyil: “Düşünürəm ki, doğru qərar almışam. 2006-cı ildə MotoGP-ni seçdim və bundan sonra iki dəfə Dünya Çempionu oldum. Böyük yarışlar və mübarizələr gördüm. Verdiyim qərara görə peşman deyiləm. Etiraf edim ki, Formula1-i bəyənirəm və buna görə də bəzi testlər etdik. Valensiyanı xatırlayıram. Onda düşündüm ki, motosikleti buraxmağa hazır deyiləm. Məncə, doğru seçim etmişəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*