F-1.az xatırladır ki, Rossi karyerasını bitirdikdən sonra WRT komandası üçün GT World seriyasında yarışıb. Yeni mövsümdən komanda BMW avtomobillərindən istifadə edir, Rossi də zavod sürücüsü olaraq qalacaq.
Mənbənin məlumatına görə Valentino 24 saatlıq Le Man marafonunda yarışmağı planlaşdırır. Sürücünün özü də bu məsələyə toxunub: “Ümid edirəm ki, test imkanlarımız olacaq. Hiperkar sürücüsü olmaq üçün nə qədər sürətli olmalı olduğumu başa düşmək lazımdır. Bu, asan iş deyil”.
Qeyd edək ki, Rossi bu istəyini illər əvvəl də səsləndirmişdi.