F-1.az xatırladır ki, 2010-cu ildən bəri Formula1-də müxtəlif sürücülər və komandalar çempionata hegemonluq ediblər. Belə ki, 2010-2013-cü illərdə Fettel və Red Bull, 2014-2020-ci illərdə Həmilton və Mercedes, 2022-2023-cü illərdə Ferstappen və Red Bull çempionatda açıq ara üstün olublar.
Bu il bir peroblem yaşamasa, illk 7 yarışın qalibu Red Bull bütün yarışları uda bilər. Bu da zarkeşlərin görmək istəmədiyi şeydir.
Vill Pover: “Formula1 rəqabət cəhətdən zarafat kimidir, amma sürücülər üçün yox. Doğrudan da güclü Formula1 sürücüləri var və bizim yarışımızdakı rəqabət orada olmadığından onlar üçün məyus oluram.
Məncə, İndyCar kimi formulları olsa, F1 daha yaxşı olardı. İşin texnoloji və istehsalçı tərəfini sevirəm. Məncə, bu əladır, amma azarkeşləri də düşünün. Peletonda hamı Red Bull sürsə, yaxşı olmazdı? Bir problem olmasa, Maks bu il bütün yarışlarda qalib gələcək.
Təsəvvür edin ki, mövsümə debütant sürücü kimi başlamısınız və bir yarış qazanırsınız. Bunu görmək doğrudan da gözəl olardı. Amma oradakı siyasətə görə bu heç vaxt reallaşmayacaq”.