Viktor Marten: “2023-cü il mövsümünün həyəcanlı və həvəsləndirici olacağı gözlənilir. ART-da uğurlu bir ildən sonra başqa komanda ilə irəliyə doğru növbəti addım atmağı heç düşünmədim. Formula2-də belə peşəkar və təcrübəli komanda ilə yarışmaq üçün səbirsizlənirəm. Əbu Dabidəki sınaqlar maşına uyğunlaşmaqla bağlı şübhələrimi aradan qaldırmağa kömək etdi, lakin sükan arxasında rahat idim, ona görə də özümə əminəm. Məqsədim debüt mövsümümdə titul qazanmaq üçün əlimdən gələni etməkdir. ART-da mənə lazım olan hər şey var”.
V.Marten karyerasını F2-də davam etdirəcək
F-1.az xəbər verir ki, Formula 3-də keçən il çempion olmuş gənc sürücü karyerasını Art Grand Prix-in tərkibində Formula2-də davam etdirəcək. O, Teo Purşer ilə komanda yoldaşı olacaq.