F-1.az xatırladır ki, Hindistan təmsilçisi mövsümün ilk yarışında hər iki bolidlə xal qazanaraq aktivinə 8 xal yazmışdı.
Vicey Malya: “Komandamın ilk yarışdakı performansından fəxr duyuram. İki bolidlə birdən xal alaraq mövsümə başlamaq çox vacib idi. Uzun müddətdir ki, ilk yarışlardan bu cür nəticə ala bilmirdik. Serxio təcrübəsi ilə öz fərqini göstərdi. Esteban da gənc yaşına baxmayaraq, istedadını nümayiş etdirdi. Şanxay yarışında da sürücülərimizdən Melburndakı performansı gözləyirik. Bolidimizi təkmilləşdirərək, növbəti yarışlarda da iki sürücü ilə xallar almağa davam etmək istəyirik. Orta qrupdakı komandalar bu il bir-birlərinə çox yaxındırlar və buna görə də bolidi az da olsa təkmilləşdirsək, xal uğrunda mübarizəyə böyük təsiri olacaq. Əgər xal almağa davam etmək istəyiriksə, bu kiçik fərqləri yaratmalıyıq”.