V.Malya: “Komanda Force Racing adlana bilər”

F-1.az Force İndia komandasının adının dəyişdirilə biləcəyi barədə bir neçə dəfə məlumat verib. Britaniya Qran Prisi ərəfəsində komandanın rəhbəri Vicey Malya da bu məsələyə münasibətini bildirib.

Vicey Malya: “Bu məsələnin üzərində düşünürük. Komanda 10 ildir ki, hazırki adı ilə yarışır və indi dəyişiklik etməyin vaxtı çatıb. Biz komandanın adını tez-tez dəyişə bilmərik, buna görə də, seçəcəyimiz yeni ad uzun müddət – ən azı 10 il qalmalıdır. Biz müzakirələr apardıq və yeni adın Force One olması təklif edildi. Bu, hamımızın xoşuna gəldi və araşdırıb gördük ki, avtoidmanda daha əvvəl heç kim bu addan istifadə etməyib.

Lakin hələ qərar verməmişik, çünki başqa təkliflər də var. Məsələn, Force Racing – heç də pis səslənmir. Odur ki, biz qərar verməzdən əvvəl sponsorlarımız və tərəfdaşlarımızla danışıqlar aparmalıyıq. Adın dəyişdirilməsi üçün son müddət yoxdur. Bu il, ya gələn il – deyə bilmərəm. Tələsmirik. Seçəcəyimiz ad bizim və tərəfdaşlarımızın xoşuna gələndə dəyişiklik edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*