F-1.az xatırladır ki, hindistanlılar 2014-cü ildə 6-cı, 2015-ci ildə isə 5-ci olmuşdular. Bu il də əla performans göstərən Force İndia hazırda Williams komandasını 9 xal qabaqlayaraq 4-cü yerdədir.
Vicey Malya: “Meksikada göstərdiyimiz güclü performansdan sonra komandanın özünə inamı artıb. İnterlaqos uğurlu ola bildiyimiz traslardandır və burada alacağımız hər xal çox vacibdir.
Burada xoş xatirələrimiz var. Yağış yağsa, bundan maksimum istifadə edə bilərik. Birinci hədəfimiz yarışda Williams-ı qabaqlamaqdır. Daha sonra isə yarışı bacardığımız qədər yuxarı pillələrdə tamamlamalıyıq. 9 xal çox vacib üstünlükdür, amma bizi rahatlandırmamalıdır. Hər şey bir yarışda dəyişə bilər. Buna görə də diqqətimizi itirməməliyik”.