Vicey Malya: “Silverstoundakı çıxışımızla fəxr edirəm. Əlimizdən gələni etdik və 14 xal qazandıq. Mühəndislər Kubokunda 4-cülük üçün fərqi azaldırıq. Bütün həftəsonu, xüsusilə də, yarışda sürətimiz ürəkaçan idi. Dördüncü olmaq istəyiriksə, bütün yarışlarda xal qazana bilməliyik. Bunun olmaması üçün heç bir səbəb görmürəm. Keçən il Macarıstan Qran Prisi komandamız üçün çox çətin keçmişdi. Ümid edirəm ki, bu il hər şey daha yaxşı olar. Hunqarorinq xüsusiyyətlərinə görə Silverstoun trasının tamamilə əksidir. Necə çıxış edəcəyimiz çox maraqlıdır. Yavaş döngələrdə özümüzü inkişaf etdirmək üçün çox çalışmışıq. Buna görə də orada yaxşı nəticə əldə edəcəyimizi düşünürəm”.